“Əminəm ki, Bolqarıstan yığması da qrupda 1-ci yeri tutmaq uğrunda mübarizə aparacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan balkanlıların çalışdırıcısı püşkatmanın nəticələrini dəyərləndirməkdən yorulmur. Bu dəfə də Bolqarıstan mətbuatına müsahibə verən Kovaç Azərbaycan haqda da danışıb: “Qrupumuzdakı bütün rəqiblərə hörmətlə yanaşıram. Burada bərabər səviyyəli komandalar yer alıb. Mübahisəsiz demək olar ki, Azərbaycan qrupun ən sirli komandası, tapmacasıdır. Bu yığma son illərdə çox inkişaf edib. Azərbaycan seçmə mərhələdə ən azı 3-cü yer uğrunda mübarizə aparacaq. Onların bunun üçün yetərincə gücü də var. Amma düşünürəm ki, 3-cü yer Bolqarıstanla Norveç millilərindən birinin olacaq”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”