Qırğızıstan milli komandasının futbolçusu Vadim Xarçenkonun apasport.az saytına müsahibəsi
- Azərbaycanla sabah keçiriləcək yoldaşlıq oyunu ərəfəsində ardıcıl 3 məğlubiyyət aldınız. İndoneziya ilə qarşılaşmada isə ümumiyyətlə darmadağına üzüldüz – 0:4. Belə uğursuzluğun səbəbi nədir?
- Düşünürəm ki, İndoneziya ilə qarşılaşmada aşkar zəif idik. Eyni zamanda nəticəyə uzun uçuş, uyğunlaşmağa vaxtın az olması və hava şəraiti də təir etdi.
- Lakin Küveytin olimpiya yığmasına da uduzduz...
- Bəli. Həmin qarşılaşmada 0:1 hesabı ilə məğlub olduq.
- Noyabrın 19-da Azərbaycanla qarşılaşacaqsınız. Bu matç haqda nə düşünürsünüz?
- Bizim üçün çox məsuliyyətli oyundur. Çünki bu səviyyədə komandalarla qarşılaşmaq imkanımız o qədər də çox olmur. Hər gün belə komanda ilə qarşılaşmırıq ki. Amma qarşılaşmanın necə keçməsindən asılı olmayaraq, Azərbaycanla görüş bizim üçün əla təcrübədir. Lakin yenə də qələbəyə ümid edirik ki, azarkeşlərimizi sevindirək.
- Ardıcıl 3 məğlubiyyətdən sonra Azərbaycanı uda bilərsiniz?
- Buna çalışacağıq.
- Azərbaycan millisi haqda nə bilirsiniz?
- Açığı, komandanız haqda çox az bilirəm.
- Yığmamızı Berti Foqtsun çalışdırdığını bilirsiniz. Futbol ölkəsi sayılmayan Qırğızıstan üçün belə bir tanınmış simanın gəlişi hadisə sayılırmı?
- Foqts məşhur şəxsiyyətdir. Məni bu məşqçinin adəti çox sevindirdi. Foqts olduğu hər şəhərdə qocalar evini, uşaq evini ziyarət edir. Belə bir tədbirdə iştirak etdiyimə sevindim.
- Qırğızıstanlı futbolçular ölkə xaricində nadir hallarda peyda olur. Bizim Azərbaycan klublarında indiyədək sizin təmsilçiniz olmayıb. Yaxın gələcəkdə bununla rastlaşmaq mümkündürmü?
- Hesab edirəm ki, bizdə daha səviyyəli klublarda, o cümlədən Azərbaycanda oynamağa layiq futbolçular var. Sabahki oyun bizlərdən birinin hansınınsa Azərbaycan klubundan təklif alması üçün həlledici olarsa çox sevinərəm. Qarşıdakı matçda qələbəyə köklənmişik. Nəyə qadir olduğumuzu göstərəcəyik.
Vüqar XEYRULLAYEV
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir