“Azərbaycan təhlükəli rəqib ola bilər. Çünki onlar müdafiədə yaxşı oynayırlar. 6:0 rəqibin zəif oyunun deyil, bizim güclü olmağımızın nəticəsidi”. Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç deyib.
O, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan üzərində 6:0 hesablıq qələbə haqqında danışıb: “Vacib olan budu ki, Xorvatiya yığması oyundan-oyuna daha da güclənir. Biz uzun bir yola çıxmışıq və 2016-cı il Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq üçün çalışırıq. 3 oyuna 9 xal qazanmışıq. Belə başlanğıc ancaq arzu oluna bilər. Lakin indi geridə qalan oyunları unutduq. Yüz faizlik nəticəmiz var. Amma bizim üçün ən vacib oyun noyabrda İtaliyaya qarşı keçirəcəyimiz matçdı. Həmin oyun bütün suallara aydınlıq gətirəcək”.