“Lixtenşteyn millisi təşkilatlanmış komandadı. Onlar hər il inkişaf edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının kapitanı Vasili Berezutski deyib.
MOİK-in müdafiəçisi Azərbaycan və Lixtenşteyn millilərini müqayisə edib: “Hazırda zəif komanda yoxdu. Belə şeylər 10-15 il əvvəl olurdu. Mənim üçün Azərbaycan və Lixtenşteyn yığmaları təxminən eyni səviyyəli komandalardı. Baxmayaraq ki, hər ikisi fərqli futbol sərgiləyirlər. Amma indi biz bu rəqibə qarşı konkret hazırlanmırıq”
Qeyd edək ki, milli komandamız sentyabrın 3-də “Ximki Arena”da Rusiya yığması ilə yoldaşlıq görüşündə qarşılaşıb. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.