“Gərgin oyun oldu. İtaliyanı ürəklə oynamağımız sayəsində məğlub etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniya millisinin futzalçısı İqor Osredkar deyib.
Avropa çempionatının final mərhələsinin ilk turunun İtaliya ilə oyunu haqda fikirlərini açıqlayan balkanlı 3:2 hesablı qələbənin sirrini gizlətməyib. Osredkar sabah Azərbaycan yığması ilə qarşılaşmada da eyni uğur qazanacaqlarına ümid edir: “İndi Azərbaycanla oyunu düşünürük. Bu matçda da qalib gəlməliyik ki, 1/4 finala yüksələk. Komandamız gənc olsa da, böyük təcrübəyə malikdir. Həm də biz böyük istəklə mübarizə aparırıq”.
“Azərbaycan yığmasına qalib gəlməliyik”
30.01.2014 - 10:57
0
0