“Azərbaycanla qarşılaşacağımıza çox sevinirəm. Çünki onların yaxşı komandası var. Əvvəllər də bu rəqiblə qarşılaşmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Moldova millisinin baş məşqçisi Aleksandr Kurteyan deyib.
Çalışdırıcı bu gen Tiraspolda Azərbaycan yığması ilə keçiriləcək matç haqda danışıb: “Azərbaycan millisi ağıllı, texnikalı futbol oynayan fiziki cəhətdən hazırlıqlı komandadır. Bu üzdən də qarşıdakı oyun bizim üçün çox vacibdir. Yaydakı seçmə matçlar öncəsi belə görüş çox vacibdir. Ötən dəfə qarşılaşanda Azərbaycan millisi çox xoşuma gəldi. Bu komandada alman mütəxəssislərin işi görünür. Rəqibimiz hərtərəfli yaxşı komandadır. Onların öz seçmə qruplarında niyə yaxşı yer tutmaması isə yəqin ki, bəxtlərinin gətirməməyi ilə bağlıdır. Lakin Azərbaycan millisi çox layiqli komandadır. Əminəm ki, onlarla görüşümüz çox maraqlı olacaq”.
Qeyd edək ki, bu gün keçiriləcək Moldova – Azərbaycan matçı saat 17:00-da başlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”