“Azərbaycan yığmasını təzyiq altında saxladıq”
25.02.2014 - 09:17
“Azərbaycan millisi Türkiyəyə təlim-məşq toplanışı keçməyə gəlmişdi. Biz də bundan istifadə edib onlarla 2 yoxlama oyunu keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət Türkiyə millisinin baş məşqçisi Tələt Tuncel deyib.
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması ilə 2-ci yoxlama oyunu haqda fikirlərini açıqlayan türkiyəli çalışdırıcı 1:0 hesabı ilə qalib gəlmələrindən məmnun qalıb: “İlk görüşdə 0:1 hesabı ilə məğlub olmuşduq. Həmin görüşdə üstünlüyə malik idik. Lakin rəqibi təzyiq altında saxlasaq da son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Bu dəfə də yaxşı mübarizə apardıq. Qol vurmaqda çətinlik çəkirdik. Amma penaltidən də olsa, qol vurub qalib gələ bildik. Futbolçularımızı təbrik edirəm. Qarşıda bizi turnirlər gözləyir. Avropa çempionatının seçmə mərhələsində də oynayacağıq. Həmin sınaqlara hazırlaşırıq”.
Qeyd edək ki, Antalyada Azərbaycan və Türkiyə yığmaları arasında hər iki oyun 1:0 hesabı ilə başa çatıb. İlk oyunda millimiz, ikinci matçda isə meydan sahibləri qalib gəlib.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0