“Azərbaycan yığmasının bütün güclü və zəif cəhətlərini təhlil etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Georgi Milanov deyib.
Rusiya MOİK-ində çıxış edən təcrübəli yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin sabah Azərbaycanla Bakıda keçiriləcək ilk oyunu haqqında fikirlərini açıqlayıb: “Qalib gəlmək üçün hər şey edəcəyik. Meydan o qədər yaxşı deyil. Bunlar bizə mane ola bilər. Lakin komanda kimi keyfiyyətlərimizi nümayiş etdirib, istəyimizə çatmağı düşünürük. Təbii ki, İvelin Popovsuz işimiz çətin olacaq. Onun əməliyyatının uğurlu keçəcəyinə ümid edirəm. O, həm komandamızın lideri, həm də kapitanıdı. Seçmə mərhələdə çox çətin qrupda yer almışıq. Amma final mərhələsinə yüksəlmək şansımız da var. Bunun üçün sakit və səbirli olmalıyıq”.