“Azərbaycanda özümü yad hiss etmirdim”
13.03.2014 - 12:21
“Azərbaycanda özümü yad hiss etmirdim”

Azərbaycan çempionatının gümüş mükafatçısı olmuş belaruslu Dmitri Parxaçov legioner həyatından məmnundur. Apasport.az saytının məlumatına görə, hazırda Qazaxıstan “Atırau”da forma geyən 29 yaşlı hücumçu qısa fasilə ilə 7 ildir Avropanın Şərqində çıxış etməsinə münasibət bildirib.

 

Belaruslu futbolçu formasını geydiyi Qazaxıstan və Azərbaycan klublarında oynadığı dövrdə çətinlik yaşamadığını qeyd edib: “Şərqdə çıxış etmək mənə rahatdır. Qazaxıstanda mentalitet slavyanlara çox yaxındır. Əslində müsəlman ölkəsi olan Azərbaycanda da özünmü yad kimi hiss etmirdim”.

 

Qeyd edək ki, 2007/08 mövsümündə “Olimpik”, 2011/12 mövsümündə “Kəpəz”də çıxış edən Dmitri paytaxt klubunun( heyətində çempionatın gümüş mükafatını qazanıb.