“Azərbaycandan təklifim olsa da, İsveçrə variantına üstünlük verdim”
04.03.2014 - 11:11
“Azərbaycandan təklifim olsa da, İsveçrə variantına üstünlük verdim”



“Mən “Sloboda”da əla mövsüm keçirdim. Bundan sonra mənə Almaniyanın “Zandhauzen” klubundan və “Sankt-Qallen”dən təklif gəldi. Mən isə İsveçrə klubunu seçdim”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın “Spartak” klubunun yeni futbolçusu Savo Kovaçeviç deyib.

Serbiyalı futbolçu Qazaxıstanın sports.kz saytının əməkdaşı Aleksandr Strelnikova müsahibə verib. 25 yaşlı hücumçu bu ölkənin debütant klubuna keçidinə qədərki karyerasını vərəqləyib.

Kovaçeviç müsahibəsində ötən il “Sloboda”dan ayrıldıqdan sonra ölkəmizdən də təklif aldığını bildirib: “Mənim onda Qazaxıstan və Azərbaycandan təkliflərim vardı. Ancaq fikrimcə, Almaniya və İsveçrə variantları mənim üçün daha yaxşı idi”.

Qeyd edək ki, Kovaçeviçin yeni klubu olan “Spartak” qış fasiləsində klublarımızdan “Qəbələ” qarşılaşıb. “Qəbələ” yanvarın 17-də Semey təmsilçisi ilə 1:1 oynamışdı.