“Azərbaycanla görüşdə qazanılan qələbə üçün şadam”
08.06.2015 - 15:33
“Azərbaycanla görüşdə qazanılan qələbə üçün şadam”

“Azərbaycanla görüşdə qazanılan qələbə üçün şadam. Düzdü, ilk yarıda daha sürətli oyun nümayiş etdirə bilərdik. Amma fasilədən sonra hər şey qaydasına düşdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya millisinin futbolçusu Adem Lyayiç deyib.

 

O, Azərbaycan yığması ilə Avstriyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Qalib gəlmək həmişə xoşdu. Heyf ki, bu qələbə bizə xal qazandırmadı. Əvəzində seçmə mərhələnin Danimarka ilə qarşılaşmasına yüksək əhval-ruhiyyədə hazırlaşmaq imkanı verdi. Yaxşı komandamız var və Kopenhagendə qalib gəlmək iqtidarında olduğumuzu bilirik. Uzun fasilədən sonra millinin nheyətində qol vurduğum üçün xoşbəxtəm. Çünki belə məqamlar da çox vacibdi”.

 

Qeyd edək ki, komandasının 2-ci qolunun müəllifi olan Lyayiç 55-ci dəqiqədə fərqlənib.