“Azərbaycanla matçda daha rahat qələbə qazana bilərik” - FOTO
11.10.2014 - 11:09
“Azərbaycanla matçda daha rahat qələbə qazana bilərik” - FOTO

“Bolqarıstana qarşı çox çətin matç keçirdik. Gərgin oyundan sonra qələbə qazandığımız üçün sevinirik”. Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin yarımmüdafiəçisi İven Perisiç deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstan üzərində 1:0 hesablı qələbədən sonra xorvatların futbolçusu matçı şərh edib. O, həmçinin oktyabrın 13-də qarşılaşacaqları Azərbaycan millisi ilə oyundan danışıb: “Biz səfərdə oynadıq. Sofiyada möhtəşəm ab-hava var idi. Çətin oldu. 3 xal qazanmaq isə sevindiricidir. Ümumiyyətlə, çox çətin qrupdayıq. Qarşıda Azərbaycan millisi ilə oyunumuz var. Burada bir üstün cəhətimiz var ki, matçı doğma meydanımızda oynayacağıq. Düşünürəm ki, evdə oynayacağımız üçün daha asan olacaq. Azarkeşlərimiz bizə dəstək olsa, Azərbaycanla matçda daha rahat qələbə qazana bilərik”.

 

 

 

0