“Azərbaycanla matçda ən güclü heyətlə oynamalıyıq”
20.10.2015 - 08:13
“Azərbaycanla matçda ən güclü heyətlə oynamalıyıq”

“Ştefan Stoyka milli komandanın baş məşqçisi postunda daha bir oyun keçirəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebani deyib.

 

O bildirib ki, milli komandasının baş məşqçisi Ştefan Stoyka noyabrın 17-də Bakıda Azərbaycan millisi ilə yoldaşlıq oyununda da postunda qalacaq. Çebanu həmin görüşün vacibliyini vurğulayıb: “Bu matç Azərbaycan yığmasına qarşı olacaq. Baş məşqçimizin taleyi nəinki bu oyundan asılıdı, həm də biz balansı görəcəyik. Biz Rusiya, İsveç və ya Avstriya ilə deyil, Azərbaycanla qarşılaşırıq. Baxmayaraq ki, onlar inkişafdadı. Bizim üçün hazırda hansı səviyyədə olduğumuzu görmək maraqlı olacaq. Azərbaycanla matçda eksperiment etməyib, ən güclü heyətlə oynamalıyıq”.

 

 

0