“İsveçlə oyunun ilk yarısında o qədər də yaxşı oynamadıq. Lakin fasilədən sonra tempi artırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Stefan Yohansen deyib.
24 yaşlı mərkəz müdafiəçisi İsveçlə yoldaşlıq oyunundan (0:0) sonra qarşılaşma haqda fikirlərini açıqlayıb. O, AVRO-2016-nın seçmə mərhələsinin oyunun 12-də Osloda Azərbaycana qarşı keçiriləcək matçı haqda da danışıb: “Azərbaycanla qarşılaşmada da məhz belə oyun göstərməliyik. Lakin həmin görüşün ilk dəqiqələrindən bu tempdə oynamalıyıq. Şübhəsiz ki, Azərbaycan yığması İsveçlə müqayisədə aşağı səviyyəli komandadı. Bu üzdən onlara qarşı daha yaradıcı oynamaq lazımdı. Bu yolla matçın taleyini həll edəcək qol imkanları yarada bilərik.
Qeyd edək ki, Yohansen millidə 18 oyuna 1 qol vurub.