“Azərbaycanla oyun bəzi futbolçulara istirahət üçün ideal imkandı”
13.10.2014 - 10:01
“Azərbaycanla oyun bəzi futbolçulara istirahət üçün ideal imkandı”

“Azərbaycan millisi haqda məlumatım çox azdı. Düzdü, rəqibin bir neçə oyununu izləmişəm. Amma bu komanda haqda xüsusi nəsə deməyə cəsarət etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış xorvatiyalı məşqçi Otto Bariç deyib.

 

40 illik məşqçilik karyerasında Avstriya, Albaniya, Xorvatiya millilərini, “Fənərbaxça”, “Şturm”, Vyana “Rapid”i, “Kazino”, Zaqreb “Dinamo”su kimi klubları çalışdıran 81 yaşlı mütəxəssis Azərbaycan yığmasından danışıb.

 

AVRO-2016-nın seçmə mərhələsinin Osiyekdə baş tutacaq Xorvatiya – Azərbaycan görüşü öncəsi müsahibə verən Bariç həmyerlilərinin şanslarını dəyərləndirib: “Düşünürəm ki, hər şey öz əllərimizdədi. Əgər oyuna düzgün yanaşsaq, problemlə üzləşməyəcəyik. Bu qarşılaşmanın bəzi futbolçular üçün istirahət, bəziləri üçün isə oynamaq baxımından ideal imkan olduğunu hesab edirəm”.

 

Qeyd edək ki, bu gün keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.