“Azərbaycanla oyunda da 3 xal qazansaq...”
11.11.2014 - 22:26
“Azərbaycanla oyunda da 3 xal qazansaq...”

“Yığma komandamızın oyunlarına hazır olmaq üçün əlimdən gələn hər şeyi edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Mats Möller Dehli deyib.

 

19 yaşlı “Kardiff”in yarımmüdafiəçisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə oyunöncəsi yerli mətbuata fikirlərini bildirb: “Azərbaycanla qarşılaşmada baş məşqçimiz mənə şans versə, komandamın uğur qazanmasına kömək etməyə çalışacam. İtaliya ilə görüşdə uduzduq. Bu məğlubiyyətdən sonra isə yaxşı start götürdük. Malta və Bolqarıstanla matçlarda önəmli qələbələr əldə etdik. Azərbaycanla oyunda da 3 xal qazansaq, əla olar. 4 görüşdən 9 xal əldə etmək pis nəticə deyil. Bakıda bunu bacaracağımıza inanıram”.

 

Qeyd edək ki, Azərbaycan - Norveç matçı noyabrın 16-da saat 21:00-da "Baksel Arena"da baş tutacaq.