“Azərbaycanla oyunda göstərəcəyik...”
14.11.2014 - 14:08
“Azərbaycanla oyunda göstərəcəyik...”

“Azərbaycana qarşı oyunda özümüzü sübut etməliyik. Estoniyaya uduzduğumuz üçün bizi qınayanlar var. Amma  qarşıdakı seçmə mərhələ oyununda göstərəcəyik ki, bizim gücümüzü var”. Apasport.az xəbər verir ki, bu sözləri Norveç millisinin yarımmüdafiəçisi Martin Linnes deyib.

 

Skandinaviya təmsilçisinin futbolçusu AVRO-2016-nın seçmə mərhələsində 2 gün sonra millimizlə qarşılaşacaqları görüşdən danışıb. Linnesin fikrincə, komandası qalib gəlmək üçün Bolqarıstanla matçdakı kimi oynasa, qalib gələcək: “Biz Bolqarıstanla görüşdəki kimi oynamalıyıq. O zaman qalib gələ biləcəyik. Beynəlxalq oyunlarda səfər görüşləri həmişə çətin olur. Bakıda da asan matç olmayacaq. Amma biz AVRO-2016-nın seçmə mərhələsinə getmək üçün qrupda iddialı komandalardanıq. Azərbaycanla oyunda qazanılacaq 3 xal da bu baxımdan önəmlidir”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da “Bakcell Arena”da start götürəcək.