“Mənim vəzifəm yığmanın toplanışında iştirak etmək, Bolqarıstan və Azərbaycanla keçiriləcək seçmə oyunlarına komanda ilə hazırlaşmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının futbolçusu Andrey Kramariç deyib.
O bildirib ki, AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da Bolqarıstan, 13-də Azərbaycanla keçiriləcək oyunlarında nəticə çox vacibdir: “Bu qarşılaşmalarda baş məşqçinin kimə güvənəcəyi isə o qədər vacib deyil. Ən əsası Xorvatiyanın hər iki matçda yaxşı oynamasıdır. Bizim üçün bu qarşılaşmalarda qələbə daha vacibdir. Kimin meydana çıxması isə əsas deyil. Buna isə çalışdırıcımız qərar verir”.