“Malayziya və Azərbaycanla oyunlara əsasən baş məşqçi və komandadan razı qaldığımızı deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin millisinin meneceri Dan Palami deyib.
Vətənində müsahibə verən filippinli funksioner “Küçə itləri” ləqəbini daşıyan yığmanın yeni baş məşqçisi Tomas Dulinin işini dəyərləndirib. Palami martın 1-də Malayziya (0:0), 4 gün sonra Azərbaycanla (0:1) keçirilən yoxlama oyunlarına əsasən çalışdırıcıdan razı qaldıqlarını açıqlayıb: “Yeni çalışdırıcımız Tomas Duli qısa müddət fəaliyyətdə göstərsə də, nəyə qadir olduğunu nümayiş etdirdi. Futbolçuların onunla necə canla-başla çalışması da diqqətimizdən yayınmadı. Düşünürəm ki, Filippin yığmasının tarixinin ən yaxşı dövrlərindən birinə doğru gedirik. Malayziya və Azərbaycanla oyunlarda hamıya sübut etdik ki, futbol oynamaq iqtidarındayıq. Ən əsası isə oynamaq istəyirik. Amma bəxtimiz heç gətirmədi. Rəqibin təzyiqi altında da yaxşı oyun göstərə bildik”.
Qeyd edək ki, Azərbaycan millisi Filippini BƏƏ-nin Dubay şəhərində keçirilən qarşılaşmada 1:0 hesabı ilə yenib.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi