“Azərbaycanla oyundan əvvəl qələbə qazanmağımız vacibdir”
07.10.2014 - 11:00
“Azərbaycanla oyundan əvvəl qələbə qazanmağımız vacibdir”

Oktyabrın 13-də Azərbaycan millisi ilə qarşılaşacaq Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis AVRO-2016-nın qarşıdakı iki oyunu haqda fikirlərini açıqlayıb.

 

Daha çox oktyabrın 10-da Bolqarıstanla səfərdə baş tutacaq qarşılaşmadan bəhs edən çalışdırıcı yığmamızla görüşü də yaddan çıxarmayıb: “Bolqarıstan səviyyəli və ciddi rəqibdir. Onlarla qarşılaşma çox çətin olacaq. Lakin biz rəqibi yaxşı təhlil etmişik. Futbolçularımız meydanda nə etməli olduğunu yaxşı bilir. Bu qarşılaşmada müsbət nəticə əldə etməliyik. Çünki bu görüş həm 3 xal baxımından əhəmiyyətlidir, həm də Azərbaycanla oyundan əvvəl qələbə vacibdir. Əgər bu iki qarşılaşmada istədiyimizə nail olsaq, yaxşı perspektivimiz olacaq”.

0