“Bakcell Arena” “Böyük oyun”a hazırdı - FOTO
27.03.2014 - 12:10
“Bakcell Arena” “Böyük oyun”a hazırdı - FOTO

Topaz Premyer Liqasının XXVIII turu “Böyük oyun”la əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, matçın keçiriləcəyi “Bakcell Arena” stadionu yüksək səviyyədə hazırlıq işləri görülüb.

 

Martın 29-da sözügedən məkanda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran” əlverişli ot örtüyündə mübarizə aparacaqlar.

 

Qeyd edək ki, prinsipial qarşılaşma saat 17:00-da başlayacaq.  

0