Topaz Premyer Liqasının XXIII turunda vurulan qol “Bakı” üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “İnter”lə qarşılaşmada hesabı açan Aleksandar Şoliç klub tarixinə düşüb.
Belə ki, xorvatiyalı legioner paytaxt təmsilçisinin Premyer Liqada 600-cü qolunu vurub. Ölkə çempionatlarında müxtəlif adlar altında çıxış edən komanda “Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakılı” və “Bakı” adları altında keçirdiyi 472 qarşılaşmada 600 qol vurub və 443-nü buraxıb. Bakılılar 340 dəfə öz meydanında, 260 dəfə səfərdə qol sevinci yaşayıb.
Qeyd edək ki, yalnız 4 klub “Bakı”dan çox qol vurub. “Neftçi” 1124, “Qarabağ” 875, “Kəpəz” 849, “Turan” isə 723 dəfə fərqlənib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”