“Bakı” “Neftçi”ni böyük hesabla məğlub etdi
13.11.2014 - 16:09
“Bakı” “Neftçi”ni böyük hesabla məğlub etdi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Neftçi” və “Bakı” yoxlama matçında qüvvələrini sınayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçilərinin oyunu məhsuldar alınıb.

 

Belə ki, çempionatda işləri yaxşı getməyən “Bakı” rəqibini 4:1 hesabı ilə məğlub edib. “Zolaqlılar”ın heyətində Nuran Qurbanov 13-cü dəqiqədə hesabı açsa da, 37-ci dəqiqədə Ruslan Qurbanov bərabərlik qolunu vurub.

 

İlk yarının uzatma dəqiqələrində Jabanın irəli çıxardığı “Bakı” fasilədən sonra daha iki qol vurub. Raul Yaqubzadə 59-cu, Valeh Seyidov 88-ci dəqiqədə qol sevinci yaşayıb.

 

Qeyd edək ki, komandaların çempionatdakı görüşdə “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.