“Bakı” Topaz Premyer Liqasını mükafatla bitirmək üçün nəzəri şanslarını da itirib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVI turunda “Simurq”a məğlub olan paytaxtın eyniadlı təmsilçisinin “üçlüy”ə düşmək üçün kağız üzərindəki şansları da tükənib.
Belə ki, 0:3 hesablı məğlubiyyətdən sonra İbrahim Uzuncanın yetirmələri 3-cü yerdə qərarlaşan “Neftçi” ilə xal fərqini azalda bilməyib. 11 xalı olan “Bakı” həmyerlilərindən 28 xal geri qalır.
Bakılılar çempionatın sonuna kimi daha 9 qarşılaşmada meydana çıxacaq. Bu oyunların hamısında qalib gəlsə də, bu möcüzə “Bakı”ya medal qazandırmayacaq. Çünki “Neftçi”nin də, digər iddialıların da ardıcıl məğlubiyyətləri də Uuzncanın komandasının onlara çatmasına imkan verməyəcək.