“Bakı”dan ayrılan futbolçu Küveyt klubunda
22.07.2014 - 14:20
“Bakı”dan ayrılan futbolçu Küveyt klubunda

“Bakı”dan ayrılan braziliyalı yarımmüdafiəçi Junior Xavyer Vilson özünə yeni klub tapıb. Apasport.az xəbər verir ki, o, Küveytin “Əl Naser” klubuna keçib.

 

O, bu gün rəsmi müqaviləyə qol çəkib. “Juninyo” ləqəbi ilə tanınan futbolçu 2 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, 2011-14-cü illərdə şərəfini qoruyan Vilson “Bakı” ilə Azərbaycan kubokunun qalibi olub.

 

0