[b]“Bakı”nın akademiyası başsız qaldı[/b]
15.04.2015 - 08:51
[b]“Bakı”nın akademiyası başsız qaldı[/b]

“Baki” klubunun futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlu paytaxt təmsilçisindən ayrılıb. Apasport.az saytının məlumatına görə, 6 ildi klubda fəaliyyət göstərən türkiyəli vətəninə qayıtmağı məqsədəuyğun sayıb.

 

Paytaxt təmsilçisinin aşağı yaş qruplarından ibarət komandalarının formalaşmasında böyük payı olan Kepoğlu “Bakı”nın indiki durumunda fəaliyyətinə son verməyi lazım bilib. Belə ki, xeytli müddətdi çətin durumda olan klubun gələcəyi hələ də qaranlıq qalır.

 

Qeyd edək ki, “Altay”, “Karşıyaka”, “Bucaspor”, “Göztəpə” və “İzmirspor”un şərəfini qorumuş Kepoğlu İzmirin 5 klubunda forma geyən yeganə futbolçudu.