“Bakı”nın oyununun vaxtı dəyişdirildi
12.09.2014 - 17:00
“Bakı”nın oyununun vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının V turunun oyun cədvəlində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, turun bir qarşılaşmasının vaxtı dəyişdirilib.

 

“Bakı” – “Sumqayıt” oyununun başlama vaxtı yarım saat irəli çəkilib. Belə ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 17:30-da deyil, 17:00-da başlayacaq. Buna oyunun canlı yayımlanması səbəb olub.

 

V tur

14 sentyabr (bazar)

17:00. “Bakı” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim- inspektor: Səfər  Haşımov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

Mənbə: pfl.az