Yamayka millisinin baş məşqçisi Vinfrid Şefer maraqlı bir təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı dünya şöhrətli yamaykalı sprinter Useyn Boltu ölkəsinin futbol üzrə yığma komandasında görmək istəyir.
“Almaniya qəzetlərində Boltun futbol oynamaq istədiyini və “Mançester Yunayted” forması geyinməyi arzuladığına dair xəbər oxumuşdum. O, yamaykalıdır və istəyirəm ki, bizim komandada olsun. Mənə deyiblər ki, Bolt pis oynamır. Komandamızla birgə məşq etsə, biz onu daha yaxşı futbolçu edə bilərik. Ola bilər ki, Olimpiadadan sonra onu öz məşqimizdə görmək istədim”, - Şefer söyləyib.
Qeyd edək ki, Vinfrid Şefer 2010/11 mövsümündə “Bakı” klubunu çalışdırıb. Lakin onun paytaxt təmsilçisi ilə əməkdaşlığı uzun çəkməyib. Almaniyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə qış fasiləsində istefaya göndərilib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”