“Barsa” “Roma”nın 2 oyunçusuna görə 38 milyon hazırlayıb
13.03.2014 - 05:28
“Barsa” “Roma”nın 2 oyunçusuna görə 38 milyon hazırlayıb

 

 

“Barselona” futbol klubu “Roma”nın iki oyunçusuna maraq göstərir. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu müdafiəçi Mehdi Bentia və yarımmüdafiəçi Miralem Pyaniçlə maraqlanır.

 

“Barsa” Bentiyaya görə 18, Pyaniçə görə isə 20 milyon avro ödəməyə hazırdır. “Roma” sona qədər futbolçuları komandanı tərk etməməyə inandırmağa çalışıb. Amma “Barsa”dan rəsmi təklif daxil olsa, böyük ehtimalla hər iki oyunçu klubu tərk edəcək.