“Bavariya”nın yarımmüdafiəçisi Tiaqu Alkantra mövsümün əvvəlində alman klubuna keçməsindən razı olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sının yetirməsi olan Tiaqu 2013-cü ilin yayına kimi doğma klubunun heyətində çıxış etsə də, ona komandada ciddi yanaşılmadığından şikayət edib.
“Mənim “Bavariya”ya keçmək qərarım doğru olub” - deyə, Tiaqu Alkantra bildirib: “Mən başa düşdüm ki, “Barsa” mənə inanmır. Mənim hazırkı klubum dünyada bir nömrəlidir. Bundesliqada oynamaq zövq verir. Amma mən Havinin oyununa həsəd aparmaqda davam edirəm. Onun oyununu görəndə ağzım açıq qalır. Ümid edirəm ki, Havinin futbola verdiyinin heç olmasa cüzi bir hissəsini mən də verə biləcəyəm”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”