İspaniyanın “Barselona” klubu 17 yaşlı futbolçunu rənglərinə bağlayır. Apasport.az saytının məlumatına görə, kataloniyalılar Zaqreb “Dinamo”sunun gənc istedadı Alen Haliloviçlə razılığa gəlib.
Xorvatiyalı futbolçu “Barselona”ya keçidi ilə bağlı “İnstagramm”da bunları yazıb: “Hər şeyə görə çox sağ ol, “Dinamo”! Mənim ilk klubum və ən böyük sevgim. Artıq “Barselona”ya keçmək vaxtı gəldi”.
Qeyd edək ki, İspaniya təmsilçisinə 10 milyon avroya başa gələcəyi söylənilən Haliloviç öncə “Barselona B”də çıxış edəcək. Kataloniya klubunun oyun sisteminə uyğunlaşdıqdan sonra isə əsas komandaya keçəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”