“Barselona” Aleks Sonqa qiymət qoydu
21.06.2015 - 17:38
“Barselona” “Çelsi” və “Mançester Siti”nin maraq dairəsində olan Aleks Sonq üçün transfer qiymətini açıqlayıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, kamerunlu futbolçunu heyətinə qatmaq istəyən klub 5 milyon funt-sterlinqindən keçməli olacaq.
Xatırladaq ki, 27 yaşlı futbolçu son mövsümü icarə əsasında “Vest Hem”də keçirib. O, 2014/15 mövsümündə İngiltərə Premyer Liqasında 28 oyunda meydana çıxıb.
0
0