“Barselona” aparıcı hücumçusunu itirdi
15.05.2015 - 17:31
“Barselona” aparıcı hücumçusunu itirdi

“Barselona” aparıcı futbolçularından olan Luis Suaresi itirib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, uruqvaylı forvard mövsümün son iki turunu buraxa bilər.

 

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə cavab matçında zədələnən Suares bugünkü kollektiv məşqə qatılmayıb. O, yüngül qaçışla kifayətlənib. 28 yaşlı futbolçunun La Liqanın son iki turunda “Atletiko” və “Deportivo” ilə oyunlarda iştirakı sual altındadı. Onun yoxluğunda əvəzedici komandanın hücumçusu Munir El-Haddadi əsas komandaya cəlb edilib.

 

Qeyd edək ki, “Barselona” mayın 17-də “Atletiko”, 23-də isə “Deportivo” ilə qarşılaşacaq.