“Barselona” argentinalısı ilə müqaviləni yeniləyir
28.02.2014 - 02:35
“Barselona” argentinalı müdafiəçisi Xavyer Maskerano ilə müqaviləni yeniləyir. Apasport.az saytının məlumatına görə, bu barədə “Mundo Deportivo” xəbər yayıb.
Belə ki, Kataloniya klubu 29 yaşlı futbolçusu ilə 2016-cı ildə başa çatacaq sözləşmənin müddətini daha 2 il uzadacaq. La Liqa təmsilçisi hazırda “Napoli” və “Liverpul”unda transfer hədəfində olan Maskeranonu 2018-ci ilə qədər komandada saxlamaq fikrindədir.
Qeyd edək ki, Argentina millisinin üzvü 2010-cu ildə İngiltərə “Liverpul”undan “Barselona”ya keçib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0