“Barselona” axtardığını Fransada tapıb
20.06.2015 - 21:52
Müdafiəsini gücləndirmək istəyən “Barselona” axtardığı oyunçunu Fransada tapıb. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, kataloniyalılar “Monako”nun tunisli futbolçusu Aymen Abdennuru transfer etmək istəyir.
Son İspaniya çempionu 25 yaşlı futbolçu üçün qarşı tərəfə 10 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.
Xatırladaq ki, Tunis milli komandasının da formasını geyinən futbolçu ötən mövsüm Fransa Liqa 1-də 24 oyunda meydana çıxıb.
0
0