“Barselona” prezidenti: Poqbanı yanvarda...
08.06.2015 - 11:32
“Barselona” prezidenti: Poqbanı yanvarda...

“Yuventus”un gənc yarımmüdafiəçisi Pol Poqba uğrunda mübarizə qızışır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumata görə, hələlik bu yarışda “Barselona” bir addım öndədi.

 

Kataloniya klubunun prezidenti Xosep Bartomeu da fransalı oyunçunun xidmətində maraqlı olduqlarını təsdiqləyib. O bildirib ki, bu keçid gələn il baş tuta bilər: “Bəli, Poqba bizim əsas transfer gündəmimizdi. Onunla danışıq aparırıq və Poqbanı yanvarda heyətə qatmaq üçün indidən çalışmalarımızı sürətləndirmişik. Amma bundan artığını deyə bilmərəm”.

 

Qeyd edək ki, 22 yaşlı Poqbanın transfer qiyməti 80 milyon avro məbləğində dəyərləndirilir.