“Barselona” prezidenti: Təklifimizi qəbul etsə, şad olaram
28.12.2015 - 17:40
“Barselona” prezidenti: Təklifimizi qəbul etsə, şad olaram

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba karyerasını “Barselona”da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun prezidenti Xosep Bartomeu deyib.

 

Yerli mətbuata açıqlama verən klub rəhbəri fransalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib. O, “Yuventus”dakı həmkarı Andrea Anyelli ilə dostluğundan yararlanacağını bildirib: “Bütün nəhəng komandalar Poqbanın keçidində maraqlıdı. Çünki o, ulduz futbolçudu. Amma mən bir addım öndə olduğumuzu düşünürəm. Çünki Anyelli ilə dostluğumuz var. Mən ona böyük hörmətim bəsləyirəm. Təklifimizi qəbul etsə, şad olaram”.

 

Qeyd edək ki, Poqba “Yuventus”a 2012-ci ildə “Mançester Yunayted”dən keçib.