“Barselona” prezidenti vəzifəsini təhvil verəcək
09.06.2015 - 18:39
“Barselona” prezidenti vəzifəsini təhvil verəcək

Çempionlar Liqasının qalibi “Barselona”da prezident seçkiləri keçiriləcək. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, seçkilər iyulun 19-da baş tutacaq.

 

Hazırkı prezident Xosep Bartameunun növbəti həftədən etibarən vəzifəsinin icrasına son veriləcək və o seçkilərdə klubun digər üzvləri ilə birlikdə iştirak edəcək.

 

Seçki vaxtına qədər isə klubunun idarəetməsi Ramon Adelə tapşırılacaq.

 

İspaniya mətbuatına inansaq, kataloniyalıların prezidentliyinə namizədlər siyahısında Xuan Laportanın da adı hallanır.