“Barselona” Valdesə əvəzləyici tapıb
06.03.2014 - 00:32
İspaniyanın “Barselona” futbol klubunun idman direktoru Andoni Subisarreta qapıçı Viktor Valdesə əvəz tapdıqlarını etiraf edib. Apasport.az saytının məlumatına görə, Valdes yayda komandanı tərk edəcək.
Subisaretta yeni qapıçı ilə razılaşma əldə etdiklərini vurğulayıb: “Demək olar ki, onunla bütün məsələlərdə razılığa gəlmişik. Bizə onun adını açıqlamaq üçün sadəcə azacıq vaxt lazımdır”.
Qeyd edək ki, bundan əvvəl klubun yeni qapıçısının Mark-Andre ter Steqen olacağı deyilirdi.
0
0