“Barselona” Vidalın keçidini reallaşdırmağa çox yaxındır
01.03.2014 - 05:25
“Barselona” Vidalın keçidini reallaşdırmağa çox yaxındır

“Yuventus”un futbolçusu Arturo Vidal karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Barselona” 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

 

Məlumatlara görə, Kataloniya klubu bu transferi mövsüm sonunda reallaşdırmaq üçün artıq danışıqlara başlayıb. İlkin görüşmələrin müsbət ab-havada keçdiyi və çililinin İspaniya təmsilçisinə keçməyə yaxın olduğu deyilir.

 

Qeyd edək ki, Çili millisinin də üzvü olan Vidal 2011-ci ildə Almaniya “Bayer”indən Turin klubuna transfer olunub. Onun müqaviləsi 2017-ci ildə başa çatacaq.