“Barselona” xorvatiyalı futbolçunu satdı
17.05.2016 - 22:37
“Barselona” xorvatiyalı futbolçunu satdı

“Valensiya” “Barselona” ilə xorvatiyalı oyunçu Alen Xaliloviçin keçidi ilə bağlı razılığa gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə “Football Espana” xəbər yayıb.

 

Ötən mövsümü icarə əsasında “Sportinq”də keçirən futbolçu üçün katalonlara 5 milyon avro ödənəcək. Bununla bərabər Kataloniya klubu 3 il müddətində 19 yaşlı oyunçunu geri almaq haqqını özündə saxlayıb.

 

Belə ki, əgər “Barselona” 1 il sonra Xaliloviçi geri istəsə, 10 milyon, 2 il keçsə 12, 3 il sonra isə 15 milyon ödəməli olacaq.

 

Qeyd edək ki, Alen ötən mövsüm “Sportinq”in heyətində 26 matçda meydana çıxıb və 3 dəfə fərqlənməyə imkan tapıb.