“Barselona”da daha bir Suares
16.06.2015 - 17:07
“Barselona”da daha bir Suares

“Barselona” hazırda “Sevilya”da icarə əsasında çıxış edən və müqavilə ilə özlərinə məxsus olan Denis Suaresi geri qaytarmaq istəyir. Apasport.az saytının “El Mundo Deprotivo”ya istinadən məlumatına görə, Denisin icarə müqaviləsi 2016-cı ilə kimi nəzərdə tutulsa da, katalonların baş məşqçisi Luis Enrike yarımmüdafiəçini daha tez sərəncamında görmək istəyib.

 

“Barselona”nın məşqçilər heyəti 21 yaşlı futbolçunun Qətərin “Əl-Sədd” klubuna keçən Xaviyə layiqli əvəzləyici ola biləcəyini düşünür.