“Barselona”da ikinci Suares peyda ola bilər
10.03.2016 - 19:40
“Barselona”da ikinci Suares peyda ola bilər

“Barselona” “Vilyareal”ın yarımmüdafiəçisi Denis Suaresi heyətinə qatmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, bu barədə katalonların idman direktoru Robert Fernandes açıqlama verib.

 

“Biz Suaresi yüksək qiymətləndiririk. Qışda onu almaq üçün təklif irəli sürmüşdük, ancaq “Vilyareal” rəhbərliyi razılaşmadılar. Ümid edirik ki, yayda bu keçidi həll edə biləcəyik. Denis “Barselona”nın heyətində görmək istədiyi oyunçulardan biridi” – deyə o, “AS”a açıqlamasında bildirib.

 

Qeyd edək ki, 22 yaşlı Suares bir müddət “Barselona”nın B komandasında çıxış etmiş, sonradan “Sevilya”ya icarəyə verilmiş, daha sonra isə “Vilyareal”a satılmışdı.