Yay fasiləsində heç kimi transfer etməyəcək “Barselona” ilin sonunda bir neçə futbolçu ilə güclənmək niyyətindədi. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya təmsilçisinin maraq dairəsində olan oyunçulardan biri də David Silvadı.
“Barsa”nın baş məşqçisi Luis Enrike yarımmüdafiə xəttinin mütləq gücləndirilməsini istəyib və “Mançester Siti”nin üzvü David Silvanın transferini tələb edib.
Vaxt itirmədən hərəkətə keçən rəhbərlik İspaniya millisinin üzvü ilə danışıqlara start verib. Hazırda tərəflər arasında danışıq aparılır. Silva keçidə razılıq versə, ispanlar “Mançester Siti” ilə danışıq masasına oturacaqlar.
Qeyd edək ki, David Silva “Mançester Siti”yə 2010-cu ildə “Valensiya”dan keçib.