“Barselona”da yeni müqavilə
02.11.2015 - 17:18
“Barselona”da yeni müqavilə

“Barselona” rəhbərliyi komandanın yarımmüdafiəçisi Rafinya Alkantara ilə yeni müqavilə imzalayıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Braziliya əsilli futbolçunun sözləşməsinin müddəti 2020-ci ilə qədər uzadılıb.

 

Rafinyanin yeni anlaşmasında olan bəndə əsasən, onu almaq istəyən klub 75 milyon avrosundan keçməlidi. Bununla da, kataloniyalılar gənc xavbeki satmaq fikrində olmadıqlarını göstəriblər.

 

Qeyd edək ki, hazırda zədəli olan Rafinya “Barselona”nın öz yetirməsidi.