“Barselona”dan ayrılıb İngiltərəyə getdi
25.06.2015 - 18:36
“Barselona”dan ayrılıb İngiltərəyə getdi

İspan futbolçu Jerard Delofeu karyerasını Premyer Liqada davam etdirəcək. Apasport.az saytının məlumatına görə “Barselona”nın keçmiş hücumçusu bundan sonra “Everton”un uğurları üçün çalışacaq.

 

Mersisaydlılar 21 yaşlı futbolçu üçün katalonlara 6 milyon avro ödəyəcək. Müqavilənin şərtlərinə görə, 2 il müddətində “Barselona” istəsə oyunçunu geri qaytara bilər.

 

Qeyd edək ki, Delofeu artıq bir dəfə 2013/14 mövsümündə icarə əsasında “Everton”da çıxış edib.

 

Gənc hücumçu ötən mövsümü isə yenə icarə qaydası ilə “Sevilya”da keçirib və andalusiyalıların heyətində meydana çıxdığı 17 oyunda 1 dəfə də fərqlənməyə imkan tapıb.