“Barselona”dan rekord, ingilislər üçün fiasko
19.03.2015 - 09:05
“Barselona”dan rekord, ingilislər üçün fiasko

İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının 1/4 finalına ardıcıl 8 dəfə yüksələn ilk komanda olub. Apasport.az saytının məlumatına görə, 1/8 finalın İngiltərə “Mançester Siti”si ilə hər iki oyununda qalib gələn kataloniyalılar bununla da rekord müəyyənləşdirib.

 

Mançester təmsilçisi isə İngiltərənin antirekorduna səbəb olub. Belə ki, Avropanın ən nüfuzlu klub turnirinin tarixində ilk dəfə Dumanlı Albionun 3 təmsilçisi eyni mərhələdə mübarizəni dayandırıb. “Mançester Siti”yə qədər “Çelsi” və “Arsenal” da 1/8 finalda büdrəmişdi.

 

Qeyd edək ki, 1/8 final mərhələsində Almaniyanın da 3 klubu mübarizəni dayandırıb.