“Barselona”nın “dəymədüşəri” yenə zədələndi
11.04.2016 - 23:16
“Barselona”nın “dəymədüşəri” yenə zədələndi

“Barselona”nın müdafiəçisi Tomas Vermalen yenə zədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə klub özü açıqlama yayıb.

 

Bildirilib ki, 30 yaşlı futbolçu sağ ayaq əzələsindən xəsarət alıb. Onun hələlik hansı müddətə komandadan uzaq qalacağı dəqiqləşməyib.

 

Qeyd edək ki, 2014-cü ildə “Arsenal”dan transfer edilən, zədələrdən başı açılmayan belçikalı müdafiəçi katalonlarla bütün turnirlərdə cəmi 20 oyunda meydana çıxa bilib.

0