“Barselona”nın çempionluğundan “Arsenal” da qazanacaq
15.05.2015 - 00:15
“Barselona”nın çempionluğundan  “Arsenal” da qazanacaq

Tomas Vermalenin “Arsenal”dan “Barselona”ya keçidinin bəzi detalları məlum olub. Apasport.az saytının ingilis mətbuatına istinadən məlumatına görə, müqavilədə yer alan xüsusi bəndə əsasən katalonlar Çempionlar Liqasını qazanacağı təqdirdə “topçular”a əlavə olaraq 3 milyon funt-sterlinq daha ödəyəcək.

 

Vermalenin transferi katalonlara bonuslar xaric 15 milyon funt-sterlinqə başa gəlmişdi.

 

Xatırladaq ki, “Barselona”ya keçdikdən sonra zədə səbəbindən bir oyun belə keçirməməsinə baxmayaraq, mövcud müqaviləyə görə belçikalı oyunçu köhnə komandasına qazandırmağa davam edir.