“Barselona”nın daha bir futbolçusu zədələndi
22.09.2016 - 15:43
“Barselona”nın daha bir futbolçusu zədələndi

“Barselona”nın daha bir üzvü sıradan çıxıb. Apasport.az saytı “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, Lionel Messinin ardınca, Samuel Umtiti də zədələnib.

 

Fransa yığmasının üzvü məşq zamanı xəsarət alıb. Tibbi müayinədən keçən futbolçunun minimum 2 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

 

Qeyd edək ki, Umtiti “Barselona”ya bu yay “Lion”dan keçib. 

0